Azərbaycana uçan təyyarə 15 saatdan çox  gecikdi
04 mart 2023 10:26 (UTC +04:00)

Azərbaycana uçan təyyarə 15 saatdan çox gecikdi

0

Koltsovo hava limanında təyyarənin Yekaterinburqdan Bakıya uçması 15 saatdan çox yubanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “İrAero” aviaşirkətinin layneri martın 3-də saat 22:35-də yola düşməli idi. Lakin uçuş əvvəlcə martın 4-ü saat 9:55-ə təxirə salınıb, sonra isə saat 14:00-a keçirilib. Bu barədə məlumat Koltsovo saytındakı onlayn tabloda göstərilib.

Uçuşun gecikməsinin səbəbləri barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2062

Oxşar yazılar