Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 yaşlı Altay Ağaəliyev saxlanılıb. Həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.
Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.