Azərbaycana milyonlar keçirmək istəyən  saxlanıldı
24 noyabr 2022 13:00 (UTC +04:00)

Azərbaycana milyonlar keçirmək istəyən saxlanıldı

Rusiyanın Novosibirsk vilayətinin Tolmaçevo hava limanında Azərbaycana 7 milyon rubl (təxminən 196 min manat) aparmağa cəhd edən şəxs saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Novosibirsk-Bakı reysi ilə uçan 33 yaşlı sərnişin gömrük nəzarətindən keçmək üçün yaşıl dəhlizi seçib. Lakin gömrükçülər onun baqajından 114 min ABŞ dolları ekvivalentində əskinas aşkar ediblər.

Məbləğ bəyannaməsiz ixraca icazə verilən normadan 10 dəfə artıq olub.

Faktla bağlı “Nağd pul qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başlanıb. Pul müsadirə olunub və həmin şəxsin məhkəməsi gözlənilir.

Gömrükdən bildirilib ki, bu, bəyan edilməmiş nağd pulun ixracı üzrə ən böyük qaçaqmalçılıq cəhdidir.

# 4512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar