Azərbaycana külli miqdarda pul gətirən qadın saxlanıldı
25 yanvar 2023 10:44 (UTC +04:00)

Azərbaycana külli miqdarda pul gətirən qadın saxlanıldı

Rusiyada sərnişin bəyan etmədən külli miqdarda pulu xaricə aparmağa cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Novosibirsk Tolmaçevo hava limanında xidməti it külli miqdarda pulun xaricə qanunsuz çıxarılmasının qarşısını almağa kömək edib.

Belə ki, Bakıya uçan rus qadının yükünə baxış keçirilib və içərisindən bəyan olunmamış valyuta aşkarlanıb. Qadının 12,5 min dolları olub və gömrükçülər onu Azərbaycana aparmağa icazə verməyiblər.

Xatırladaq ki, 2022-ci il martın 2-dən 10 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə nağd valyutanın Rusiyadan çıxarılması qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Mehman Nəbiyev

Oxşar yazılar