Yük maşınında gizli şəkildə mobil telefonların ölkəyə gətirilməsinə cəhd edilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Samur" gömrük postunda Rusiyadan gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.
- İlon Maskın transseksual qızından atasının 14-cü övladının dünyaya gəlməsinə istehzalı REAKSİYA
- Beş BÜRC yaxın günlərdə elə xoş xəbərlər alacaq ki...
- Bayram namazının vaxtı AÇIQLANDI
Faktla bağlı araşdırma aparılır.