Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.
Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.
Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.