Azər Qasımlının məhkəməsi başladı
18 iyun 2025 19:40 (UTC +04:00)

Azər Qasımlının məhkəməsi başladı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Azər Qasımlının vəkilləri iştirak etməyib. Bildirilib ki, Azər Qasımlı sənədlərlə tanış ola bilməyib. Bu səbəbdən iclas iyunun 25-dək təxirə salınıb.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar