AZAL-ın Praqa-Bakı reysində İNSİDENT
06 yanvar 2026 12:18 (UTC +04:00)

AZAL-ın Praqa-Bakı reysində İNSİDENT

0

Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb.

Lent.az xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib.

O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qaramaskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunublar və həmin şəxs zərərsizləşdirilib. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxa olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidmətindən oxu.az-a faktı təsdiqləyiblər.

Qeyd olunub ki, ötən gün Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.

"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1039

Oxşar yazılar