Azadlıq prospektindəki yanğın söndürüldü -FOTO -YENİLƏNİB
12 dekabr 2022 02:05 (UTC +04:00)

Azadlıq prospektindəki yanğın söndürüldü -FOTO-YENİLƏNİB

0

Bakıda Azadlıq prospekti 18 ünvanında baş verən yanğın söndürülüb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
 Alovun binada yerləşən mənzillərə keçməsinin qarşısı alınıb.
 

***

01.47

Bakıda yanğın baş verən binaya elektrik, qaz və su verilişi dayandırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***

01.38

Azadlıq prospekti 18 ünvanında yanğın baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, binanın girişindəki məişət tullatıları konteynerində başlayan yanğın elektrik kabellərinə keçib. Yanğın nəticəsində su boruları partlayaraq həyətə girişi məhdudlaşdırıb. 
 

***

01.12

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Dilarə Əliyevə küçəsinin kəsişməsində yerləşən binada başlayıb.

Hadisə yerində FHN-in yanğınsöndürən komandası işləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6095

Oxşar yazılar