Yaponiyanın Akita şəhərində ayı supermarketə girərək işçilərdən birinə hücum edib. Onu tutmaq iki gün çəkib.
Lent.az bildirir ki, CNN-in məlumatına görə, bu müddət ərzində heyvan ət bölməsini tədqiq etməyə və bir neçə rəfi zədələyə bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu drondan istifadə edərkən tapıblar və daha sonra qoruyucu geyimlə binaya daxil olublar.
Ayı anbarda tapılıb, ona görə də mağaza işçiləri onu bal və alma ilə doldurulmuş tələ ilə çıxarmalı olublar. Heyvan dekabrın 2-də tutulub və sonra iynə ilə keyləşdirilib.
Qeyd olunur ki, bu il Akita prefekturasında ayı hücumlarının sayı artıb. Bu, iqlim dəyişikliyinin çiçəkləmə və tozlanma cədvəlinə təsir etməsi ilə izah olunur, bu səbəbdən ayıların kifayət qədər qidası yoxdur və onlar onu şəhərlərdə axtarırlar.