Türkiyədə ayı kişini parçalayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tunceli şəhərinin Nazimiyə qəsəbəsinin Geriş kəndində baş verib. Heyvanlarını otarmaq üçün səhər evdən çıxan 42 yaşlı Ergin Yıldız evə gəlməyəndə ailəsi hüquq-mühafizə orqanlarına xəbər verib.
Xilasedicilər, polis və könüllülərin iştirakı ilə aparılan axtarışlar zamanı onun meyiti kənddən 4 km aralıda tapılıb.
Meyitdəki xəsarət izindən onun ayı tərəfindən parçalanaraq, öldüyü məlum olub.