Ay yarım əvvəl maşın vuran  piyada öldü
25 avqust 2022 10:04 (UTC +04:00)

Ay yarım əvvəl maşın vuran piyada öldü

Bakıda 47 gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə iyulun 9-da Binəqədi rayonu ərazisində qeydə alınıb. Quba istiqamətində hərəkət edən Qasımov Miryusif Qorxmaz oğlunun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil yolu keçən piyada Gülməmmədov Güləhməd Elxan oğlunu vurub. Yaralı ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, o, avqustun 24-də həmin xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Mehman Nəbiyev

Oxşar yazılar