Axtarışda olan narkotacir YAXALANDI  -FOTO
13 fevral 2022 09:25 (UTC +04:00)

Axtarışda olan narkotacir YAXALANDI -FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb.

 İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49