Axtarışda olan Moldova vətəndaşı  tutularaq Bakıya gətirildi
29 sentyabr 2023 11:28 (UTC +04:00)

Axtarışda olan Moldova vətəndaşı tutularaq Bakıya gətirildi

Baş prokurorluğun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınnın ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

# 1962
avatar

Oxşar yazılar

Ağdaşda qadın dərmandan   zəhərləndi

Ağdaşda qadın dərmandan zəhərləndi

2 dekabr 2023 , 10:12
Sumqayıtda “priusun” vurduğu qadın öldü

Sumqayıtda “priusun” vurduğu qadın öldü

2 dekabr 2023 , 06:41
Rayonda tapança  satmaq istəyəndə   tutuldu

Rayonda tapança satmaq istəyəndə tutuldu

1 dekabr 2023 , 19:54
Tovuzda 69 yaşlı qadın  FACİƏLİ   şəkldə öldü

Tovuzda 69 yaşlı qadın FACİƏLİ şəkldə öldü

1 dekabr 2023 , 19:44
Azərbaycanlı polisi işdən qovub  cinayət işi AÇDILAR

Azərbaycanlı polisi işdən qovub cinayət işi AÇDILAR

1 dekabr 2023 , 18:30
2258 məhkum  həbsxanada ölüb

2258 məhkum həbsxanada ölüb

1 dekabr 2023 , 17:39
Bakıda 16 yaşlı qızı gecə döyüb evdən QOVDULAR

Bakıda 16 yaşlı qızı gecə döyüb evdən QOVDULAR

1 dekabr 2023 , 17:18
Zaqatala sakini ölən atasının güllələrini polisə verdi

Zaqatala sakini ölən atasının güllələrini polisə verdi

1 dekabr 2023 , 17:04