AXCP-nin rayon sədri polisə çağırılıb? - RƏSMİ CAVAB
06 iyul 2022 10:57 (UTC +04:00)

AXCP-nin rayon sədri polisə çağırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə AXCP-nin Siyəzən şöbəsinin sədri Sədiyar Osmanovun rayon Polis Şöbəsinə çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil və böhtan xarakterlidir.

Bunu Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Onun sözlərinə görə, Sədiyar adlı şəxs Polis Şöbəsinə çağırılmayıb və yayılan məlumatlar isə dezinformasiyadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar