Avtoservis  direktorunu döyən   azərbaycanlı ilə bağlı YENİ XƏBƏR
10 fevral 2025 19:47 (UTC +04:00)

Avtoservis direktorunu döyən azərbaycanlı ilə bağlı YENİ XƏBƏR

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ona texniki xidmət stansiyasının direktoru İvanın kriminal keçmişi olan azərbaycanlı tərəfindən döyülməsi faktı ilə bağlı cinayət işinin istintaqının gedişi barədə məruzə etməyi tapşırıb.

Lent.az-ın xarici mediaya istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin Samara İdarəsinin məlumatına görə, 2024-cü ilin dekabrında Tolyattidə avtomobillərə texniki xidmət stansiyasında münaqişə baş verib. Tolyattidə “xuliqanlıq” maddəsi ilə iş açılıb.

Bildirilir ki,  “Lada Kalina”nın sahibinə avtomobil sığorta şirkətinin sifarişi ilə təmirdən sonra geri verilib. Avtomobil qəbulu məntəqəsində münaqişə baş verib, bu zaman gələn müştərilərin yanında olan azərbaycanlı stansiya müdirini təpikləməyə başlayıb və sonra qaçıb.

Zərərçəkən polisə şikayət edib. İndi bu hadisə ilə bağlı araşdırmanı İstintaq Komitəsi aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035

Oxşar yazılar