Avtomobilin vurduğu  qadın reanimasiyada öldü -YENİLƏNİB
27 noyabr 2021 21:51 (UTC +04:00)

Avtomobilin vurduğu  qadın reanimasiyada öldü -YENİLƏNİB

0

Şirvanda avtomobilin vurduğu 64 yaşlı qadını xəstəxanada ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, avtomobilin vurduğu piyada Şirvan sakini Rəhimova Gülbuta Əvəz qızı aldığı ağır kəllə-beyin travmasından Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya  şöbəsində ölüb.

**** 

20.48

Şirvanda 64 yaşlı qadını avtomobil vurub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1957-ci il təvəllüdlü Rəhimova Gülbuta Əvəz qızını vurub. Ağır kəllə-beyin travması alan 64 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 24137

Oxşar yazılar