ABŞ-ın Las-Veqas şəhərində oğurlanan avtomobilində yanmış körpə meyiti tapıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, sentyabrın 25-də 42 yaşlı Əhməd Ervinin pikap maşını oğurlanıb. O, polisə ərizə yazıb və təkbaşına maşını axtarıb. Ervin küçədə yaşayanlardan maşın haqqında soruşub və nəhayət onu tapıb. Maşının salonundan oğurlanan əşyaları, ən dəhşətlisi isə yanmış körpə meyiti də aşkar edib.
Uşağın külü və digər qalıqları qutunun içərisinə qoyulub. Qabın üzərində qeyd olunub ki, körpə cəmi 9 ay yaşayıb. Onun adı Marsel Akari Alexander olub. Qutu mələk qanadlarında yatan körpə formasında heykəlciklə bəzədilib.
O, özü axtarışlar aparsa da, hələlik nəticə əldə edə bilməyib.