Avtomobil vurdu, bir gün sonra öldü
03 mart 2022 08:54 (UTC +04:00)

Avtomobil vurdu, bir gün sonra öldü

Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Lent.az APA-nın şimal-qərb bürosuna istinadən xəbə verir ki, Zaqatala şəhər sakini 1959-cu il təvəllüdlü Əliheydər Böyükxan oğlu İslamov martın 2-i axşam saat 23 radələrində müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Ə.İslamovu martın 1-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci kilometrliyində, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Şamil oğlu Abbasov idarə etdiyi "VAZ 2107" markalı 99 VS 781 dövlət nömrə nişanlı minik avtomobili ilə vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3319

Oxşar yazılar