Gəncə şəhərində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "BWM" markalı minik maşını idarə etməni itirib və nəticədə avtomobil yolunun kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü Rəsul adlı şəxs hadisə yerində ölüb. Sərnişin 1990-cı il təvəllüdlü Səyadov Nahid isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.