Avtomobil rayon sakinini vuraraq ÖLDÜRDÜ
31 avqust 2021 00:27 (UTC +04:00)

Avtomobil rayon sakinini vuraraq ÖLDÜRDÜ

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə 42-BV-814 dövlət qeydiyyat nişanlı "NİVA" markalı maşını idarə edən sürücü tərəfindən törədilib. 

Faktla bağlı araşdırma aparılır.

# 1371
avatar

Oxşar yazılar