Yevlaxda ölümlə nəticələnən nəqliyyat qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib.
“VAZ-21011” markalı maşının avtokrana çırpılması nəticəsində “VAZ”ın Yevlax rayon sakini olan Davud adlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.