Sabirabadda avtomobil qaz xəttinə çırpılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəskin dumanlı havada Qaratəpə kənd sakini, 63 yaşlı Həbibov Qəhrəman İsgəndər oğlu idarə etdiyi "VAZ" markalı avtomobili qaz xəttinə çırpıb. Sürücü hadisə yerində ölüb. Hazırda sürücünün avtomobildə sıxılmış meyitinin FHN Sabirabad YMX əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılması tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.

Avtomobil qaz xəttinə çırpıldı -Ölən var
Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55