Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə yolun STP zavodu qarşısında qeydə alınıb. 31 yaşlı Sumqayıt sakini Rzalı Toğrul Şahin oğlu “Audi A3” markalı avtomobili sürərkən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb.
Toğrul Rzalı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-na çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırılma aparılır.