Avtomobil beton piltələrə  çırpıldı: ÖLƏN VAR
19 oktyabr 2022 10:23 (UTC +04:00)

Avtomobil beton piltələrə çırpıldı: ÖLƏN VAR

Bakı-Ələt yolunda avtomobil qəzası olub. 

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonun Ələt qəsəbəsi ərazində baş verib. 

Belə ki, Rizvan Tapdıq oğlu Vəliyev “VAZ-21074” markalı avtomobillə Bakı istiqamətində hərəkət edən zamanı idarə etməni itirərək yoldan çıxıb və yol kənarındakı beton piltələrə çırpılıb. Nəticədə maşında olan sərnişinlərdən İmamqulu Rizvan oğlu Vəliyev hadisə yerində ölüb, Aysel Bəxtiyar qızı Vəliyev isə xəsarət alaraq Bakı Şəhəri Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. 

Faktla bağlı araşdırılma aparılır. 
 

# 2091
avatar

Sevinc Fərid

Oxşar yazılar