Avtomobil ağaca çırpıldı – 1 ÖLÜ, 2 YARALI 
04 avqust 2022 21:01 (UTC +04:00)

Avtomobil ağaca çırpıldı – 1 ÖLÜ, 2 YARALI 

0

Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun  Yeni yol kəndində qeydə alınıb. 

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın  yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü, 1989-cu il təvəllüdlü Babayev Əli Söhbət oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü İbrahimov Azər Tofiq oğlu və 1972-ci il təvəllüdlü Zeynalov Cabbar Kərim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2520

Oxşar yazılar