Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
Biləsuvar rayonun Çaylı kənd sakini, Ziyafəddin Fikrəd oğlu Fətullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Səlimə Mirmahmud qızı Sultanovanı vurub.
Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə, avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.