Avtobusda cibgirlik edən qadın tutuldu
03 dekabr 2021 12:16 (UTC +04:00)

Avtobusda cibgirlik edən qadın tutuldu

Bakıda avtobusda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda paytaxt sakini R.Rzayevanın içərisində pulu və qızıl-zinət əşyaları olan çantasını oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar