İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər cərimələnib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən növbəti tədbirlər zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. İnsanların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi müşahidə edilsə də hələ də qaydalara və sağlamlığına biganəlik nümayiş etdirənlərə rast gəlinib. Onların barəsində qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə edib-etmədiyini yoxlayıb, tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində inzibati protokollar tərtib edilib.