Avtobus tüstüləndi, sürücü cəld müdaxilə etdi
11 fevral 2022 22:08 (UTC +04:00)

Avtobus tüstüləndi, sürücü cəld müdaxilə etdi

0

65 nömrəli marşrutda hərəkət edən avtobusunda tüstülənmə olub.

Lent.az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Faiqoğlu MMC"-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1888

Oxşar yazılar