Pakistanda avtobusun tankerlə toqquşması nəticəsində 20 nəfər ölüb
Pakistanda avtobus və neft çəninin toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər sağ qalıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, qəza Multan şəhəri yaxınlığında baş verib.
Toqquşma nəticəsində yanğın başlayıb: alov həm çəni, həm də avtobusu bürüyüb.
Polis sözçüsü İmran Şövkət bildirib ki, üç avtobus yarışıb. Onlardan biri neft çəninə çırpılıb.
Xilasedicilərin sözlərinə görə, avtobus Karaçi liman şəhərinə gedirmiş.