Misirin şimalında, Dakahliya əyalətində avtobusun çay kanalına düşməsi nəticəsində 20 nəfər ölüb, 16 nəfər yaralanıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qəza Əl Mansurə və Mit-Qamr şəhərləri arasındakı yolda baş verib, hadisəyə səbəb sükan çarxının balansının pozulması olub. Sürücü maşından özünü ata bilib.
Hazırda zərərçəkənlərin və ölməsi ehtimal olunanların axtarışı davam etdirilir. Ümumilikdə avtobusda 45-dən çox sərnişin olub.