Aviaşirkət adından FIRILDAQÇILIQ:   anonim mənbələrə inanmayın!
20 may 2021 19:02 (UTC +04:00)

Aviaşirkət adından FIRILDAQÇILIQ: anonim mənbələrə inanmayın!

0

Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.

AZAL-dan Lent.az-a verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.
⠀
Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.
⠀
“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2216

Oxşar yazılar