Nijni Novqorodda 10 yaşlı qız yoxa çıxıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, bir neçə saat ərzində onu bütün ərazidə axtarıblar və qonşunun divanında tapıblar.
Məlumata əsasən, Vika (şərti adla) oktyabrın 11-i axşam saatlarında yoxa çıxıb. Autizmdən əziyyət çəkən azyaşlının anası qızının necə yoxa çıxdığının fərqinə belə varmayıb. Qadın giriş qapısını bağlamayıb və qızı Yubileynıy bulvarındakı mənzildən əynini geyinmədən qaçıb. Vikanın axtarışına könüllülər və polis qoşulub. Əvvəlcə uşağı küçədə axtarsalar da, bir neçə saatlıq axtarışdan sonra qonşuları yoxlamaq qərarına gəliblər.
Katya qonşusu, 44 yaşlı Maksim R-nin divanında tapılıb. Məlum olub ki, qız mənzildən gizlicə çölə çıxandan dərhal sonra kişi onu öz evinə sürüyərək bir neçə saat zorlayıb. Məlumata görə, Vika şok vəziyyətindədir və xəstəxanaya yerləşdirilib.
Maksim R. saxlanılıb.