Astarada bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Astara rayonu, Seləkəran kəndinin ərazisində yerləşən rabitə stansiyasında qeydə alınıb.
Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov stansiyada işləyərkən elektrik cərəyanı vuraraq ölüb.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.