Arvadını və oğlunu  güllələdi
18 mart 2024 19:25 (UTC +04:00)

Arvadını və oğlunu güllələdi

Kemerovo vilayətinin Prokopyevsk şəhərində 66 yaşlı təqaüdçü 55 yaşlı həyat yoldaşını və 27 yaşlı oğlunu güllələdiyi üçün saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, martın 17-də təqaüdçü ilə doğmaları arasında münaqişə yaranıb, bundan sonra yaşlı kişi ov tüfəngi ilə oğlunun sinəsindən, daha sonra isə həyat yoldaşının başından atəş açıb. 

İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə istintaq idarəsi xəbər verir ki, onların hər ikisi aldıqları yaralardan ölüb.

# 2865
avatar

Oxşar yazılar