Arvadını eyvandan ataraq öldürən Ramiz Taxveli vəfat etdi
03 aprel 2024 12:29 (UTC +04:00)

Arvadını eyvandan ataraq öldürən Ramiz Taxveli vəfat etdi

Arvadını yaşadıqları mənzilin eyvandan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Ramiz Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib.

Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Ramiz Taxveli Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi idi.

# 5754
avatar

Oxşar yazılar