Göyçayda intihar olub.
Lent.az xəbər verir ki, hadisə Ulaşlı Şıxlı kəndində qeydə alınıb. Kənd sakini 43 yaşlı Abdullayev Ramil Kamal oğlu yaşadığı evdə özünü asıb.
İlkin məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvvəl birgə yaşadıqları evi tərk edib. R. Abdullayev son günlər ailədaxili problemlərdən sarsıntı keçirirmiş. Onun məhz bu səbəbdən canına qəsd etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.