"Araz"da müştəri aldadıldı,  məhkəməyə verildi
16 mart 2023 10:03 (UTC +04:00)

"Araz"da müştəri aldadıldı, məhkəməyə verildi

"Araz Supermarket" cərimələnib.

Lent.az xəbər verir ki, supermarketlər şəbəkəsinin Bakının Nərimanov rayonunda yerləşən filiallarından birində müştəri aldadılıb. Buna görə də, "Araz Supermarket" barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmənin ilk baxış iclası martın 27-də baş tutacaq.

Qeyd edək ki, həmin maddə əsasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

# 2430
avatar

Mehman Nəbiyev

Oxşar yazılar