Araz çayında batan şəxsin meyiti tapıldı  -  YENİLƏNİB
14 iyul 2025 18:15 (UTC +04:00)

Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

İyulun 14-də Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin (uşaq) axtarışları yekunlaşıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16:22

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar