Anasını maşında  yad kişi ilə tutdu,   bıçaqla doğradı
10 mart 2025 11:47 (UTC +04:00)

Anasını maşında yad kişi ilə tutdu, bıçaqla doğradı

İzmirin Menderes rayonunda əcnəbi vətəndaş anasını maşında yaxaladığı şəxsi xəncərlə 13 dəfə yaralayıb. Ağır yaralanan şəxs xəstəxanada dünyasını dəyişərkən, qətldə şübhəli bilinən 19 yaşlı gənc tutulub.
 
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Menderes Gümüldür Fevzipaşa məhəlləsində baş verən hadisədə 19 yaşlı Suriya vətəndaşı Abdurrezzak E.H. və 39 yaşlı Hakan Ö.nün aralarındakı mübahisə davaya çevrilib. Bu zaman Abdurrezzak E.H. bir neçə dəfə bıçaqlayıb.

13 bıçaq zərbəsi vurulan Hakan Ö. qanlar içində yerdə yatarkən, hadisə yerinə gələn jandarma qrupları cinayət törətdiyi silahı ilə birlikdə Abdurrezzak E.H.ni saxlayıb. Sağlamlıq qrupları tərəfindən aparılan müayinə nəticəsində Hakan Ö.nin ağır yaralandığı müəyyən edilib. təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. 

İlk ifadəsində nəzarətə alınan cinayət şübhəlisi Abdurrezzak E.H. Hakan Ö.nün onun anası ilə əlaqəsindən şübhələndiyi və qətli maşında onu birlikdə gördüyü üçün törətdiyini söyləyib. Prosedurlardan sonra Abdurrezzak E.H. həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524

Oxşar yazılar