Anar Əsədlinin ev dustaqlığı müddəti uzadıldı
06 sentyabr 2023 11:46 (UTC +04:00)

Anar Əsədlinin ev dustaqlığı müddəti uzadıldı

0

Keçmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığı müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə zərərçəkən 4 nəfərdən üçünə dəymiş zərər tam, yerdə qalan bir nəfərə dəymiş zərər isə qismən ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2076

Oxşar yazılar