Ana iki yaşlı qızını vannada boğdu
06 sentyabr 2023 18:22 (UTC +04:00)

Ana iki yaşlı qızını vannada boğdu

Krasnodarda mənzillərin birində iki yaşlı qızın meyiti tapılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kuban şəhərində baş verib. Övladını qətlə yetirdiyini etiraf edən ana haqqında cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, sentyabrın 5-də kirayədə yaşayan 35 yaşlı qadın cinayət barədə polisə məlumat verib. O bildirib ki, vannanı su ilə doldurub və qızını içəri salıb. Qadının sözlərinə görə, beləcə qızının ölməsini gözləyib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490

Oxşar yazılar