Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən İlkin Tacəddin oğlu Cəfərova anası, Lənkəran şəhər sakini Bilqeyis Hüseyn qızı Şəfiyevanın poçt vasitəsilə göndərdiyi banderola baxış keçirilib. Bu zaman qış çəkməsinin içərisində gizlədilən sellofan bükülüldə ümumi çəkisi 0,023 qram psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.