Ana 4 dəqiqə gecikən qızını evə buraxmadı
13 sentyabr 2023 15:49 (UTC +04:00)

Ana 4 dəqiqə gecikən qızını evə buraxmadı

Smolenskdə dərsdən 4 dəqiqə gec çıxan məktəbli qızı anası və nənəsi evə buraxmayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ağlayan qızın görüntüləri hadisə şahidləri tərəfindən lentə alınıb. Məktəblinin qonşularının dediyinə görə, qız dərsdən dörd dəqiqə gec çıxdığı üçün anası və nənəsi onu evə buraxmayıb.

Qız təxminən yarım saat mənzilə girmək üçün icazə istəyib. Video sosial şəbəkələrdə yayıldıqdan sonra regional İstintaq Komitəsi hadisəni yoxlamağa başlayıb. Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyən edəcək, yetkinlik yaşına çatmayanın tərbiyə və yaşayış şəraitini öyrənəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859
avatar

Oxşar yazılar