Türkiyədə ana 2 uşağı ilə birgə intihara cəhd edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhəri Sultanbəyli qəsəbəsində baş verib. Burada 4-cü mərtəbədə yaşayan 4 uşaq anası Ayşəgül. M əvvəlcə 3 yaşlı oğlu M.M və 1 yaşlı qızı T.M-i hamamda zəhərləmək istəyib. Bu alınmadığı üçün onları da götürüb özü ilə birgə 4-cü mərtəbədən atıb.
Dərhal hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qadının və uşaqların bədənlərində qırıqlar olduğu deyilir. Həmçinin məlumata görə, uşaqlardan birinin vəziyyəti daha ağırdır.
İntihara cəhdin səbəbləri isə bilinmir.