Alim Qasımov və Fərqanə Qasımova
24 avqust 2021 15:19 (UTC +04:00)

Alim Qasımov və Fərqanə Qasımova

Alim Qasımovun KÜRƏKƏNİ həbs edildi: Qayınanasının...

0

Xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun xanımı və qohumudur.

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-ziynət əşyalarını oğurlamaqda ittiham olunur.

Məhkəmə araşdırması davam edir. (musavat.com)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11966

Oxşar yazılar