Şabranda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
Kənd sakini 1967-ci il təvəllüdlü Vüqar Qüdrəddin oğlu Kərəmov yaşadığı evin çardağında özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri tapıb. İntiharın səbəblər məlum deyil. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.