Krasnoyarsk diyarında dörd nəfərdən ibarət ailənin öldürülməsinə səbəb boşanma prosesi ola bilər.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, qadın iki uşağı ilə birlikdə kirayədə qalmaq üçün ərindən ayrılıb. Ancaq kişi uşaqlardan ayrı yaşamaq istəməyib.
Qətlin baş verdiyi gecə, 38 yaşlı kişi münasibətlərini aydınlaşdırmaq üçün gəlib - qonşusu onların mənzilindən mübahisə səslərini eşidib, lakin bir anda hər şey sakitləşib. Qadın mənzilin qapısının açıq olduğunu görüb və içəridə ailə üzvlərinin meyitlərini tapıb.
Məlumata görə, kişi arvadı və uşaqlarını öldürəndən sonra intihar edib.