Ağsuda qəzada yaralanan azyaşlı ölüb.
Lent.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun Növcü kəndindən keçən hissəsində baş verib. Mustafayev Rəşad İlham oğlu "VAZ-2106" markalı avtomobill əhərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza törədib. Nəticədə onun 2 yaşlı oğlu Mehrac ağır xəsarətlər alaraq, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, azyaşlı orada ölüb.
Faktla bağlı cinayət işi açılıb.